S.Peres Renault-ya keçmədiyi üçün peşman deyil

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Renault komandasına transfer olunmadığı üçün peşman deyil.

F-1.az xatırladır ki, Renault komandası keçən il meksikalı sürücünü transfer etmək istəsə də, bu baş tutmamış və fransızlar onun komanda yoldaşı Niko Hülkenberqi heyətinə qatmışdılar.

Serxio Peres: “Məncə, Renault bu mövsümün ən böyük sürprizinə imza atdı. Keçən ilə nisbətən yaxşı inkişaf ediblər və növbəti yarışlarda daha güclü olacaqlar. Amma komandamda qaldığım üçün xoşbəxtəm. Renault-ya getməmək mənim üçün doğru qərar idi və peşman deyiləm.

Barselonaya bütün komandalar yeniliklər gətirəcəklər və kimin harada olduğunu onda görəcəyik. Ümid edirəm ki, yerimizi qoruyarıq. Hazırda yarış tempimiz yaxşı olmasa da, rəqiblərimizin səhvlərindən maksimum istifadə etdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*