K.Sayns: “Renault-nun etibarsız olmasını gözləyirdik”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, onlar Renault mühərriyində problem gözləyirlərmiş.

F-1.az xatırladır ki, Toro Rosso komandası birillik fasilədən sonra yenidən Renault mühərriklərindən istifadə etməyə başlayıb.

Karlos Sayns testlərin üçüncü günündə mühərrikdəki problemə görə günü vaxtından əvvəl bağlamalı olmuşdu. İtaliyalılar testlərin 4-cü günündə isə mühərriyi dəyişməli olublar və günün ilk yarısında trasa çıxa bilməyiblər.

Qeyd edək ki, Renault bu il güc qurğusunun dizaynını dəyişdirib.

Karlos Sayns: “Bilirdik ki, ilk testlər çətin keçəcək. Xüsusən də, mühərrik tamamilə yeniləndiyi üçün fərqlilik gözləyirdik. Əvvəldən asan olmayacağını bilirdik.

Təbii ki, son günlərdə daha çox dövrə vurmalı idik. Amma onlara vaxt verməliyik. Əsas komanda sizə çoxlu dövrə vurub proqramı başa vurmalıyıq deyir. Onlar bizə tamamilə yeni mühərrik veriblər. Güman edirlər ki, performans cəhətdən daha güclü olacaq. Bu güc ilk yarışdan bizə təqdim edilsə, şikayətçi olmayacam.

Əsas olan etibarlılığı artırmaqdır. Belə olan halda, hər şey düzələcək. Bolidi tam limitdə sütə bilmədim. Təkərlərin aşınmasını yoxlamaq üçün 10-15 dövrə sürdüm. Bolidi son həddə qədər sıxmaq istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*