M.Uitmarş: “Formula1-ə Amerika lazımdır, Koreya yox”

Yeni Cənubi Koreya trasında debüt mərhələ gələn ilin təqviminə daxil edilib, Kanada Qran Prisi isə hələlik müvəqqəti status daşıyır. McLaren […]

Yeni Cənubi Koreya trasında debüt mərhələ gələn ilin təqviminə daxil edilib, Kanada Qran Prisi isə hələlik müvəqqəti status daşıyır. McLaren komandasının başçısı Martin Uitmarş hesab edir ki, Formula1 Asiyada nüfuzunu artırmaq əvəzinə Amerikaya qayıtmağa daha çox diqqət etməlidir…

Martin Uitmarş: “Biz çox eşitmişik ki, Koreya trası yaşayış məntəqələrdən 4-5 saat uzaqlıqdadır, trasa azarkeşlərin və KİV-in gəlməsi çətindir. Formula1 və FOTA-nın başlıca məqsədi yarışların baxımlılığını artırmaqdır, şəxsən mən hesab edirəm ki, bu sahədə əsas istiqamət çempionatın Amerikaya qayıtması olmalıdır.

Birincisi, Monrealla heç bir problem olmamalıdır, yarışa qədər komandaların sərəncamında bir həftə olmalıdır ki, maçşın və avadanlıqlar rahat çatdırılsınlar. İkincisi, Şimali Amerikada nüfuzun artırılmasını düşünmək zəruridir – bu şirkət və sponsorlar üçün böyük bazardır, həm də biz gözləməməliyik ki, Amerika trasları Asiya trasları kimi böyük məbləğ ödəsinlər.

Kommersiya məsələsi bizim ABŞ-la münasibətləri korladı və biz bilməliyik ki, lazım gələrsə, auditoriyaya borcumuzu qaytarmaq üçün biz Amerikaya pulsuz da gələ bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*