M.Şumaxerdən ilk qələbə! (video)

Xəbər verdiyimiz kimi dünən Almaniyanın Oşersleben trasında ölkənin Formula4 üzrə milli çempionatı start alıb. Çempionat ona görə diqqət mərkəzinə gəlib […]

Xəbər verdiyimiz kimi dünən Almaniyanın Oşersleben trasında ölkənin Formula4 üzrə milli çempionatı start alıb. Çempionat ona görə diqqət mərkəzinə gəlib ki, Formula1-in əfsanəsi Mixael Şumaxerin 16 yaşlı oğlu Mik bu yarışlara qatılıb. Əfsanəvi aerodinamika mühəndisi Ədrian Nyuinin oğlu Hərrison da iştirakçılar arasındadır. Formula1-in dördqat dünya çempionu Sebastyan Fettel isə çempionatı hamiliyə götürüb.

Çempionatın reqlamentinə görə şənbə günü sıralanma turu və bir yarış keçirilir. Bazar günü isə nahardan əvvəl və sonra iki yarış baş tutur. Dünən Mik Şumaxer 35 idmançı arasında sıralanma turunda yalnız 19-cu nəticə göstərə bilib. Amma elə ilk yarışda bir neçə maraqlı ötmə ilə obyektivlərə gəlib və çempionatın debüt yarışını 9-cu yerdə başa vurub. Yarışdan sonra Mik “günün debütantı” mükafatına layiq görülüb.

Bu gün səhər Mik 12-ci nəticə göstərib. Nahardan sonra isə “qırmızı baron”un oğlu karyerasında ilk qələbəsini qazanıb – startdan sonra birinciliyi ələ keçirən Mik təhlükəsizlik maşınının trası tərk etməsindən sonra da liderliyini qoruya bilib. F-1.az xəbər verir ki, ilk 3 yarışın nəticəsinə görə Mik ümümi hesabda hələ 5-ci yerdədir. Bala Şumaxerin ilk qələbəsini aşağıdakı videodan izləyə bilərsiniz…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*