M.Uitmarş: “Bizim məqsədimiz gələn il titul qazanmaqdır”

McLaren komandasının başçısı Martin Uitmarş hesab edir ki, bu ilin gedişində əldə olunmuş inkişaf gələn mövsümdə komandanın titul uğrunda mübarizəsi […]

McLaren komandasının başçısı Martin Uitmarş hesab edir ki, bu ilin gedişində əldə olunmuş inkişaf gələn mövsümdə komandanın titul uğrunda mübarizəsi üçün həlledici olacaq, amma bu zaman cari maşının təkmilləşdirilməsi və yeni maşının hazırlanması işləri üzərində resursları düzgün bölmək lazımdır…

Martin Uitmarş: “Bəzən inkişaf etmək üçün bir addım geriyə atmaq lazımdır. Bir çox səbəblər üzündən komanda yeni maşının hazırlanmasına düzgün yanaşmamışdı və biz nəticələri yaxşılaşdırmaq üçün layihəni ciddi dəyişməli olduq. Konstruktorlar, mühəndislər, aerodinamika mütəxəssisləri, istehsal və istismar şəbələri, komandanın bütün ştatı gərgin iş gördülər və mən şadam ki, bu işin bəhrəsini gördük. Dayanmaq olmaz, bu aşkardır, biz bu mövsümdə hələ qələbə qazanmaq istəyirik, amma daha vacib məsələ gələnilki maşının rəqabətədavamlı olmasına zəmanət verməkdir.

Bizim nikbinlik üçün əsasımız var, amma biz bilirik ki, Formula1 çox rəqabətədavamlı çempionatdır. Bir çox komandalar cari maşınların təkmilləşdirilməsini dayandıraraq, gələn ilin maşınını hazırlamağa başlayıblar və biz bu işin öhdəsindən rəqiblərdən yaxşı gəlməliyik, çünki McLaren-in məqsədi gələn il titul qazanmaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*