25 May 2019, Şənbə - 08:00

Y.Trulli: “Müqavilədən danışmaq istəmirəm”

Y.Trulli: “Müqavilədən danışmaq istəmirəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:05 - 03 Oktyabr, 2009

Son həftələrdə Toyota komandasının Yarno Trulli ilə müqaviləni uzatmasında ciddi tərəddüdlər yaranıb – şayiələrə görə, italiyalı sürücü hətta maaşının azaldılmasına […]

Son həftələrdə Toyota komandasının Yarno Trulli ilə müqaviləni uzatmasında ciddi tərəddüdlər yaranıb – şayiələrə görə, italiyalı sürücü hətta maaşının azaldılmasına da razı olub, amma komanda müqaviləni uzatmaq hüququndan istifadə etməyib. Şayiələr gəzir ki, Trulli Renault-ya qayıda bilər, Suzukada sürücü nikbinliklə karyerasını davam etdirmək şansından danışıb…

Yarno Trulli: “Düzünü desəm, mən müqavilədən danışmaq istəmirəm, hazırda komanda və sürücülər barədə kiafyət qədər şayiələr eşitmək olar. Belə bir vəziyyətdə sakit olmaq lazımdır, mənim bir neçə variantım var, həm də Toyota-nın son qərarını gözləmək lazımdır. Mən karyeramın davamı perspektivlərini nikbinliklə qiymətləndirirəm, amma gözləmək lazımdır.”

Con Hauett bu gün jurnalistlərə bildirib ki, Yarno Trulli gələn Toyota-nın sükanı arxasında oturmayacaq…

Con Hauett: “Yarnonun gələn il bizimlə olması azehtimallıdır. Mən həqiqətən belə düşünürəm, amma Trullinin karyerasına təsir etməmək üçün mən bunu şərh etmək istəməzdim. O bizim komanda üçün çox iş görüb, biz məsələni həll etmək istədik, amma bacarmadıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 182
Teqlər
Paylaş

logo