M.Uitmarş: “Biz başa düşürük ki, mövsümün startı &

McLaren sürücüləri bu gün sərbəst yürüşlərdə adət etmədiyimiz aşağı yerləri tutublar, yeni McLaren MP4-24 maşını mövsümöncəsi testlərdə də sürətli deyildi. […]

McLaren sürücüləri bu gün sərbəst yürüşlərdə adət etmədiyimiz aşağı yerləri tutublar, yeni McLaren MP4-24 maşını mövsümöncəsi testlərdə də sürətli deyildi. Ona görə də ilk yürüşlərin nəticələri komanda üçün gözlənilməz olmadı…

Heykki Kovalaynen (17-ci yer): “Tras sürüşkən olsa da, səhər maşın pis görünmürdü. Balans da qaydasında idi, xüsusən sürətli döngələrdə. KERS hər iki sessiyada normal işləyib. Ümumiyyətlə, gün pis keçmədi, bizim nəticələr real qüvvəmizi əks etdirmir.

Lyuis Həmilton (18-ci yer): “Birinci sessiya məhsuldar keçmədi. Biz bərk təkərlərin effektiv işləməsinə çalışırdıq, amma trasın da vəziyyəti yaxşı deyildi və sazlanmalar uğursuz seçilmişdi. Mən maşına inamırdım və ona görə də möhkəm sürmürdüm.

Amma ikinci sessiyada sazlanmalara düzəlişlər verdik və maşının davranışı dəyişdi. Balans üzərində hələ işləməliyik.”

Martin Uitmarş: “Avstraliyaya gələrkən biz bilirdik ki, mövsümün startı çətin olacaq. Amma bu gün biz yaxşı işlədik, təkərin resursunu qiymətləndirdik. Biz həm də maşının bir neçə yarışdan sonra modernləşdirilməsinə hazırlaşırıq. Biz artıq inkişafa nail olmuşuq, amma başa düşürük ki, hələ çox işləməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*