15 İyul 2019, Bazar ertəsi - 22:14

M.Uebber: “Red Bull fəxr edə bilər!”

M.Uebber: “Red Bull fəxr edə bilər!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:46 - 19 Oktyabr, 2009

Braziliya Qran Prisinin qalibi Mark Uebber yarışın finişindən sonra mətbuat konfransında deyib ki, Red Bull komandası mövsümdə göstərdiyi nəticələrlə fəxr […]

Braziliya Qran Prisinin qalibi Mark Uebber yarışın finişindən sonra mətbuat konfransında deyib ki, Red Bull komandası mövsümdə göstərdiyi nəticələrlə fəxr edə bilər, baxmayaraq ki, komanda Mühəndislər Kubokunda da Brawn GP komandasına uduzub…

Mark Uebber: “Bizim komanda üçün fantastik gündür, biz yenidən qalib gəldik! Deməli, bizim Red Bull Mühəndislər Kubokunda ikinci oldu. Çempionatı uda bilmədik, amma biz mövsümlə fəxr edə bilərik. Mən həm də Renault-ya yaxşı motorlara görə təşəkkür edirəm, amma bu il komanda çətin vəziyyətdə idi…

Yarışın birinci hissəsində biz hələ qələbəyə əmin deyildik. Biz bilirdik ki, Rubens Barrikello məndən əvvəl pitə gedəcək, o bunu etdikdən sonra mən yaxşı dövrələr keçə bildim və yarışın ikinci hissəsi üçün uğurlu əsas yaratdım. Sonra hər şey rahat oldu, amma Robert mənə çatmağa başlayanda həyəcanlandım. Komanda mənə xəbər verdi ki, o məndən əvvəl pitə gedəcək və mən rahatlaşdım…

Mən yeni dünya çempionunu da təbrik edirəm, məncə, Censon titula layiqdir! O mövsümün ilk yarısını əla keçirmişdi, Brawn GP maşınlarının güclü və zəif tərəfləri var, amma Batton öz işinin öhdəsindən əla gəldi və mən onu təbrik etmək istəyirəm!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 202
Teqlər
Paylaş

logo