M.Uebber Pirelli təkərlərinə keçidin çətinliyini etiraf edib

Dünən Monrealda Mark Uebber Kanada Qran Prisinə hazırlıq çərçivəsində Müqəddəs Lavrentiy çayında qayıqda avarçəkmə ilə məşğul olub. Məşqdən sonra yerli […]

Dünən Monrealda Mark Uebber Kanada Qran Prisinə hazırlıq çərçivəsində Müqəddəs Lavrentiy çayında qayıqda avarçəkmə ilə məşğul olub. Məşqdən sonra yerli jurnalistlərlə ünsiyyətdə Mark bildirib ki, tezliklə mövsümdə ilk qələbəsini qazanmağa ümid edir…

Mark Uebber: “Mənim balıq tutmağa vaxtım yoxdur – siz məni heç vaxt bu işlə məşğul olan görməyəcəksiniz. Mən həmişə öz üzərimdə çalışıram ki, yüksək nəticələr göstərə bilim. Ümid edirəm ki, uğurlu çıxışlarımı davam etdirə biləcəm və tezliklə mövsümdə ilk qələbəmi qazanamağa ümid edirəm. Axı keçən il mən bunu tez-tez edirdim.

Düzdür, keçən illə müqayisədə mənim nəticələrim qənaətbəxş deyil, bunun əsas səbəbi isə yeni Pirelli təkrləridir. Təkərlər çox fərqlidir və sürücülər bu keçidi dərhal hiss etdilər.

Təsəvvür edin ki, tennisçi mövsümə yeni raketka ilə başlayır. Belə yüksək səviyyədə çıxış edərkən hər bir kiçik xırdalıq əhəmiyyət kəsb edir. Amma istənilən halda sürücünün vəzifəsi hər şeyə tez öyrəşməkdir.”

Bundan başqa, Uebber qeyd edib ki, Red Bull-la gələn ilə müqavilənin uzadılması üzrə danışıqlar aparır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*