M.Uebber: “Başqa traslarda biz daha güclü çıxış edəcəyi

Bu gün Sebastyan Fettelin Monakoda bəxti gətirməsə də, onun komanda yoldaşı Mark Uebber finiş xəttini beşinci keçməklə Red Bull Racing […]

Bu gün Sebastyan Fettelin Monakoda bəxti gətirməsə də, onun komanda yoldaşı Mark Uebber finiş xəttini beşinci keçməklə Red Bull Racing komandası üçün növbəti xalları qazanıb. Mark çempionatın turnir cədvəlində də dördüncü yerə qalxmaqla komanda yoldaşına çatmaqdadır…

Mark Uebber: “Düzünü desəm, biz çox razıyıq ki, heç olmasa mən beşinci yeri tutdum. Sıralanma turu yaxşı alınmamışdı, ona görə də bir neçə xal qazanamq çox xoşdur. Rəqabət çox kəskin idi və bu xallar komandanın Mühəndislər Kubokunda mövqeyini möhkəmlətməyə imkan verəcək. Mühəndislər və mexaniklər böyük iş görüblər, hər iki maşına çoxsaylı yeniliklə quraşdırılmışdı və bugünkü nəticə həqiqətən çox vacib idi. Başqa traslarda biz daha güclü çıxış edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*