M.Şumaher sükan arxasına qayıda bilər?

Mixael Şumaherin mətbuat katibi Sabina Kem BBC-yə müsahibəsində bildirib ki, alman sürücü Formula1 maşının sükanı arxasına qayıtmaq imkanını nəzərdən keçirməyə […]

Mixael Şumaherin mətbuat katibi Sabina Kem BBC-yə müsahibəsində bildirib ki, alman sürücü Formula1 maşının sükanı arxasına qayıtmaq imkanını nəzərdən keçirməyə hazırdır, əlbəttə, əgər Ferrari tərəfindən belə bir müraciət olarsa…

Sabina Kem: “Hər şey Ferrari-dən asılıdır, əgər onlar Mixaelə müraciət etsələr, onda o bu təklifə baxacaq. Adətən mən deyirəm ki, o belə təkliflərə baxmır, çünki hazırkı həyat tərzi ilə xoşbəxtdir, amma indi vəziyyət bir qədər başqadır və Mixael müzakirələrə qoşulmaq istəmir.

Fevral ayında Mixael motosikletdə qəzaya uğramışdı və boynunda problemlər olmuşdu, mən bilmirəm ki, bu problemlə o Formula1 yarışını keçirə bilərmi. Əgər Ferrari belə bir təkliflə müraciət etsə, o yoxlamadan keçərdi, amma unutmayaq ki, onun artıq qırx yaşı var.”

Sonuncu dəfə Mixael Şumaher Formula1 maşının sükanı arxasında keçən ilin aprelində F2008-in Barselona testlərində oturmuşdu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*