Toyota Fudzi ilə ayrıldığını təkzib edib

Toyota-nın nümayəndələri Formula1-in bir daha Fudzidə keçirilməyəcəyi barədə gəzən şayiələri təkzib ediblər. 2000-ci ildə Toyota avtodromun səhmlərinin 93%-ni almış və […]

Toyota-nın nümayəndələri Formula1-in bir daha Fudzidə keçirilməyəcəyi barədə gəzən şayiələri təkzib ediblər. 2000-ci ildə Toyota avtodromun səhmlərinin 93%-ni almış və burada Formula1 yarışlarını keçirmək üçün ciddi modernizə işləri görmüşdü. İki il əvvəl Formula1 Fudziyama dağının ətəklərinə qayıtsa da, son günlər şirkətin maliyyə problemləri və çempionatdan getməsi barədə şayiələr mətbuatda geniş yer alıb.

Yaponiyada dərc olunan Asahi Shimbun qəzeti Toyota rəhbərliyinin gələn bu trasda milli mərhələni keçirməkdən imtina etməsi və yarışın Suzukaya keçirilməsi barədə yazı çap etmişdi, amma şirkətin nümayəndəsi bu məlumatları təkzib edərək bir daha təsdiqləyib ki, Yaponiya Qran Prisi 2010-cu ildə Fudzidə keçiriləcək.

Bu il isə milli mərhələ Suzukada keçiriləcək – 2006-cı ildən sonra Formula1 ilk dəfə əfsanəvi trasa qayıdacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*