K.Maqnussen məyusdur

Haas komandasının sürücüsü Kevin Maqnussen sıralanma turunda son sessiyaya qala bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, danimarkalı sürücü Çindəki sıralanma turunda 11-ci olub.

Kevin Maqnussen: “Son sessiyaya qala bilməmək pis oldu. Atdığım dövrə pis idi. Bu təkərlərlə by trasda işləmək çətindir. Əgər təkərləri yaxşı qızdıra bilməsəniz, çox vaxt itirirsiniz. 11-ci yer pis deyil. Yarışa istədiyimiz təkərlə başlayacağıq. Bolid yaxşıdır və yaxşı nəticə ala bilərik. Xal qazanacağıma əminəm”.

, , ,