23 Sentyabr 2019, Bazar ertəsi - 21:58

Gələn il Formula1-də Mercedes AMG Petronas Formula1 Team komandası çıxış edəcək

Gələn il Formula1-də Mercedes AMG Petronas Formula1 Team komandası çıxış edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:38 - 18 Dekabr, 2011

Mercedes konserni qərara alıb ki, Formula1-in köməyi ilə tüninqlə məşğul olan AMG törəmə strukturunu reklam edəcək. 2012-ci ildə Ross Braunun […]

Mercedes konserni qərara alıb ki, Formula1-in köməyi ilə tüninqlə məşğul olan AMG törəmə strukturunu reklam edəcək. 2012-ci ildə Ross Braunun başçılıq etdiyi komandanın rəsmi adı belə olacaq: Mercedes AMG Petronas Formula1 Team.

Norbert Hauq, Mercedes Motosport: “Bu üç hərf yüksək texnologiyaları, idman mənsubiyyətini və zövqü ifadə edir. Belə bir addım sübut edir ki, Formula1 Mercedes üçün strateji əhəmiyyət kəsb edir. Biz Formula1-də zavod komandası ilə çıxış etməklə yanaşı müştəri motorlarının istehsalı proqramınıda realizə edirik, eyni zamanda təhlükəsizlik və tibb maşınlarını da təqdim edirik. Mövsümün sonuncu Braziliya Qran Prisində trasa çıxmış 24 sürücüdən 16 nəfəri hazırda və ya əvvəl Mercedes-lə bağlı olub.”

Ross Braun, komandanın başçısı: “Biz yeni adı təqdim etməyə şadıq. Bu ad bizim imicimizi gücləndirməklə, Brəkli və Briksuort bazaalrı arasındakı əlaqələri də möhkəmlətməyə imkan verəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər
Paylaş

logo