M.Şumaher Massaya baş çəkib

Bu gün səhər Mixael Şumaher Budapeştin AEK hərbi hospitalında Felipe Massaya baş çəkib, braziliyalı sürücü bir həftə əvvəl Hunqarorinqdə aldığı […]

Bu gün səhər Mixael Şumaher Budapeştin AEK hərbi hospitalında Felipe Massaya baş çəkib, braziliyalı sürücü bir həftə əvvəl Hunqarorinqdə aldığı zədədən sonra bu hospitalda müalicə olunur. AP agentliyinin yaydığı xəbərə görə, Şumaher hospitaldan keçmiş komanda başçısı Jan Todtla birlikdə çıxıb və mətbuatla danışmaqdan imtina edib…

Massanın şəxsi həkimi Dino Altman bildirib ki, Felipe sağalır və “evə iztəyir”. Altmanın sözlərinə görə, bazar ertəsi Massa şəxsi təyyarə ilə San Pauluya uaçaq və orda müalicəsini davam etdirəcək. Felipenin yarış maşının sükanı arxasına qayıtmasına gəlincə, Dino qeyd edib ki, tələsməyə ehtiyac yoxdur: “Əsas odur ki, o tam sağalmalıdır, həm də onun sağlamlığına heç nə təhlükə yaratmamalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*