M.Şumaher GPDA-ə daxil olmaq istəmir?

Almaniyanın Bild qəzeti bu gün bildirib ki, bir çox sürücülər Mixael Şumaherdən narazıdırlar – alman sürücü Formula1 sürücülərinin həmkarlar ittifaqındakı […]

Almaniyanın Bild qəzeti bu gün bildirib ki, bir çox sürücülər Mixael Şumaherdən narazıdırlar – alman sürücü Formula1 sürücülərinin həmkarlar ittifaqındakı (GPDA) üzvlüyünü bərpa etməyə tələsmir. Bəziləri şübhələnirlər ki, yeddiqat dünya çempionu sadəcə olaraq üzvlük haqqı ödəmək istəmir, ilkin ödəmə haqqı 2 min Avrodur, nizamnaməyə əsasən isə hər qazanılan xala görə kassaya daha 500 Avro ödənilməlidir.

Bild jurnalistləri Şumaherin meneceri Sabine Kemdən məsələyə aydınlıq gətirməsini xahiş ediblər, Sabine isə çox maraqlı cavab verib…

Sabine Kem: “Mixael əvvəlki kimi GPDA-i dəstəkləyir, amma əmin deyil ki, ora yenidən daxil olacaq. Axı vaxtilə o bu quruma başçılıq edirdi. Onun fiikrincə, indi aktiv işləmək başqalarının növbəsidir.”

Bild hesablayıb ki, əgər Mixaelə yeni komandası Mercedes GP 21 milyon Avro ödəyirsə, GPDA_ə üzvlük haqqı ödəmək heç də problem olmamalı idi.

Hazırda GPDA-in həmsədrlərindən biri olan Pedro de la Rosanın Şumaherlə çox çətin münasibətləri hamıya məlumdur, amma ispaniyalı sürücü bu vəzifədən getməyi planlaşdırıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*