16 Dekabr 2019, Bazar ertəsi - 12:52

Williams komandası 600-cü yarışına hazırlaşır

Williams komandası 600-cü yarışına hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:48 - 26 İyun, 2013

Silverstounda qarşıdakı uik-end Williams komandası öz tarixində 600-cü yarışını keçirəcək. Komanda rəsmi hesabatını 1977-ci ildən hesablayır və bu dövr ərzində […]

Silverstounda qarşıdakı uik-end Williams komandası öz tarixində 600-cü yarışını keçirəcək. Komanda rəsmi hesabatını 1977-ci ildən hesablayır və bu dövr ərzində komandanın sürücüləri 297 dəfə podiuma qalxmaqla 114 yarışda qələbə qazanıblar, şəxsi hesabda 7, komanda hesabında isə 9 titula yiyələniblər.

Britaniya komandasının tərkibində dünya çempionu titulunu Alan Cons, Keke Rosberq, Nelson Pike, Naycel Mənsell, Alen Prost, Deymon Hill və Jak Vilnöv qazanıblar. Yubileyin şərəfinə maşınların yan pantonlarına 600 rəqəmi ilə yanaşı komandanın 691 əməkdaşının adı da həkk olunacaq…

Frənk Uilyams, komandanın qurucusu: “Bizim komanda kimi müstəqil komanda üçün avtoidmanın yüksək liqasında 600 yarış səviyyəsinə çatmaq ən başlıca nailiyyətdir. Bizim komandanın Formula1-də ilk debütündən sonra çempionata 78 komanda gəlib və gedib – bu, ondan xəbər verir ki, minlərlə insan nə dərəcədə böyük iş görüblər. Məntiqlidir ki, belə bir yubileyi komanda özünün ev Qran Prisində özünün azarkeşləri ilə birlikdə qeyd edəcək.”

Kler Uilyams, komanda başçısının müavini: “Williams heç bir zaman keçmişlə yaşayan təşkilat olmayıb, amma bu uik-end biz irsimizi qeyd etməyə və son 36 ilin uğurlarını xatırlamağa borcluyuq. Bizim üçün keçmişə yekun vurmağa və gələcəyə baxmağa əla fürsətdir, biz əminik ki, qarşıdakı 600 yarışı da unudulmaz etmək üçün əlimizdə hər bir imkan vardır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 531
Teqlər , , , , , , , , ,
Paylaş

logo