15 Oktyabr 2019, Çərşənbə axşamı - 17:41

M.Şumaher: “Fettelin hələ şansı var”

M.Şumaher: “Fettelin hələ şansı var”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:56 - 15 Oktyabr, 2009

Özünün rəsmi saytında Mixael Şumaher çempionatdakı vəziyyəti və Sebastyan Fettelin şansını şərh edib… Mixael Şumaher: “Builki Formula1 mövsümü yenə də […]

Özünün rəsmi saytında Mixael Şumaher çempionatdakı vəziyyəti və Sebastyan Fettelin şansını şərh edib…

Mixael Şumaher: “Builki Formula1 mövsümü yenə də çox maraqlı alındı, bütün avtoidman həvəskarları kimi mən də səbirsizliklə mövsümün son iki yarışını gözləyirəm. Hər iki çempionatda hələ qalib məlum deyil, mənim üçün xüsusən Mühəndislrə Kuboku maarqlıdır – mən istəyirəm ki, bizim uşaqlar üçüncü yerlərini qoruyub saxlasınlar. Bu zaman mənim bütün karyeram boyu tutduğum prinsipə əməl etmək lazımdır – son ana qədər mübarizə davam etməlidir. Həmişə sona qədər mübarizə aparmaq lazımdır. Ferrari-də uzun müddət biz beləe dirdik və uğur qazanırdıq, ümid edirəm ki, bu il də belə olacaq.

Məncə, elə Sebastyan da eyni prinsipə əsaslanır, Fettelin titul qazanamq üçün yaxşı şansları var və elə bunu artıq uşur hesab etmək olar. Mən əminəm ki, o mümkün hər bir şeyi edəcək ki, son iki yarışda işinin öhdəsindən əla gəlsin. Riyazi cəhətdən belə bir imkan var, mən ona azarkeşlik edəcəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 282
Teqlər
Paylaş

logo