M.Şumaher Fetteli ən güclü rəqib hesab edir

Mixael Şumaher Seastyan Fetteli bu mövsümdə titula ən əsas namizəd hesab edir: bu barədə yeddiqat dünya çempionu Petronas şirkətinin Kuala-Lumpurda […]

Mixael Şumaher Seastyan Fetteli bu mövsümdə titula ən əsas namizəd hesab edir: bu barədə yeddiqat dünya çempionu Petronas şirkətinin Kuala-Lumpurda təşkil etdiyi PR-aksiyanın gedişində söyləyib…

Mixael Şumaher: “Əgər siz məndən ən güclü rəqib barədə soruşursunuzsa, əlbəttə, bu Fetteldir. Onun maşınına baxın, onun sükan arxasında işinə baxın – məhz Sebastyan əsas rəqib hesab edirəm.

Düzdür, mövsümün ilk iki yarışında onun bəxti gətirməyib, amma əgər hər şey qaydasında olsaydı, o hər iki yarışda qalib gələrdi.

Baxmayaraq ki, ilk iki yarışda mən daha gənc komanda yoldaşımdan geri qalıram, amma hər şeydən razıyam. Bilirsiniz, hamı elə düşünür ki, mən 41 yaşım var, 3 il sükan arxasında oturmamışam, formamı itirmişəm. Amma mən başqa cür düşünürəm – hərənin öz nəzər nöqtəsi var.

Avstraliyada podium bizə çox yaxın idi, amma birinci döngə hər şeyi dəyişdi. Ona görə də indidən nəticə çıxarmaq çox tezdir, baxaq görək hadisələr necə cərəyan edəcək.

Biz demək istəyərdik ki, Malayziya Qran Prisində qələbəyə ümid edirik, amma bu belə deyil. Hazırda Mercedes GP tam rəqabətədavamlı komanda deyil və biz hələ maşının təkmilləşdirilməsi üzərində çox işləməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*