Alonso: Formula1-də əvvəllər də hər şey sürücüdən asılı olmayıb

Macarıstanda Fernando Alonsodan soruşublar ki, müasir adaptiv güc qurğusunun idarəetmə sistemləri yarışçının kənar kömək olmadan idarə etməsi tələb olunan qayda maddəsinə ziddirmi?

Fernando Alonso: “Mən bilmirəm. Formula1-də əvvəllər də hər şey yalnız sürücüdən asılı olmayıb. Trekşn-kontrol və digər köməkçi sistemlər olub. Hər komandanın bu sahəyə öz yanaşması, öz fəlsəfəsi var idi. Hamı döngədən çıxanda eyni şəkildə qazı basırdı, amma bəzi maşınlar digərlərindən xeyli yaxşı davranırdı. Və bu, sadəcə sürücünün istedadı deyildi. Startlarda da vəziyyət belə idi.

Mən artıq 25 ildir yarışıram və çox sayda fərqli qayda görmüşəm. Həmişə bəzi maşınlar və bəzi komandalar digərindən daha yaxşı start götürüb, həmçinin hər iki maşınla. Və məsələ sadəcə kiminsə başqa cür ilişmə muftasından və ya qaz padalından istifadə etməsində deyil. Komandalar həmişə maksimum nəticə üçün çalışırlar.

Cari qaydalar və batareyalardan istifadəni nəzərə alsaq, düzəldilməli və təkmilləşdirilməli məqamlar var. Bu hər kəsə aydındır. Biz bu qaydaların qüvvəyə mindiyi dövrün çox əvvəllərindəyik və artıq 2030 və ya 2031-ci ildə Formula1-in V8 mühərriklərinə keçəcəyi barədə söhbətlər gedir.

Artıq gələn il daxiliyanma mühərrikinin gücü ilə elektrik hissəsi arasındakı vurğu dəyişəcək. İdman dayanmır. İdarəetmə, komandalar və bütün digər tərəflər bunu yaxşı başa düşürlər.

Gələcəyə nikbinliklə baxıram. Ümid edirəm vəziyyət yaxşılaşacaq və insanlar qaydaların necə olduğunu və maşınların necə olduğunu daha yaxşı anlayacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*