Monako trasında 70 şirkətdən 200 nəfər çalışır

Ronan Le Lallu Monako Avtomobil Klubunda işləyir və məşhur şəhər trasının yarışa hazırlanmasına cavabdehdir.

F-1.az xəbər verir ki, o, hə yarışdan əvvəl bu işin necə təşkil olunduğu və bununla bağlı hansı çətinliklərin olması barədə danışıb.

Ronan Le Lallu: “Hər hansı bir şəhər trasının hazırlanması olduqca çətin məsələdir, xüsusən də Monakoda. Yarışa altı həftə qalmış işə başlayırıq və məqsəd bütün bunların Knyazlığın gündəlik həyatına mümkün qədər az təsir etməsinə əmin olmaqdır, Lakin buna həmişə nail olunmur. Hər şey trasın mərkəzi hissəsindən başlayır, burada yarış idarəsi üçün bina və paddok kompleksi yerləşir – işin bu hissəsi insanlara mane olmur. Amma sonra biz hasarlar, maneələr, qanadlar quraşdırmağa başlayırıq və bu, artıq hər kəs üçün müəyyən maneələr yaradır.

Monako Qran Prisinin təşkili prosesində bütün bölmələrin hərəkətlərini dəqiq planlaşdırmaq və əlaqələndirmək kifayət qədər çətindir. Ümumilikdə işə 200-ə qədər insan və 70 müxtəlif şirkət cəlb olunub ki, bu, kifayət qədər böyük bir qrup insan deməkdir. Bununla belə, təcrübəsiz insanlar bilmirlər ki, yarışla əlaqəli hər şeyi sökmək onu quraşdırmaqdan daha çətindir.

İşin həcmi əslində eynidir, yalnız üç həftə ərzində tamamlanmalıdır. Yarış idarəsi binasının və ya bokslar kompleksinin sökülməsi əməliyyatı onun tikintisi ilə tamamilə eyni səyləri tələb edir, çünki növbəti səkkiz ay ərzində bütün bu elementlər anbarda olacaq – onlar tam bütövlükdə və təhlükəsiz şəraitdə saxlanılmalıdır.

Bir binanı təşkil edən konstruksiyaların ümumi çəkisi 60 tondur və burada 12 belə bina var. Digər şəhər traslarından fərqli olaraq, bizimki gecələr nəqliyyat üçün açıqdır, lakin səhər biz onu yenidən bağlayanda dərhal bütün FIA standartlarına uyğun olmalıdır və bu, hər şeyi çətinləşdirir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*