M.Moslinin oğlunun meyidi evindən tapılıb

Britaniyanın The Sun qəzetinin saytında bir az əvvəl FİA prezidenti Maks Moslinin oğlu Aleksander Moslinin Qərbi Londondakı evindən meyidinin tapılması […]

Britaniyanın The Sun qəzetinin saytında bir az əvvəl FİA prezidenti Maks Moslinin oğlu Aleksander Moslinin Qərbi Londondakı evindən meyidinin tapılması barədə məlumat yerləşdirilib. Moslinin böyük oğlunun cəsədini dünən axşam qohumlarından biri tapıb və polisə də zəng edib. Hadisə yerinə gələn həkimlər 39 yaşlı iqtisadiyyat doktorunun ölümünü qeydə alıblar. The Sun-ın məlumatına görə, ölümə səbəb narkotiklərdən istifadə ola bilər.

Skotlənd Yardın nümayəndəsi bildirib: “Nottinq Hilldə kişi meyidinin tapılması barədə telefon zəngi polisə çərşənbə günü saat 16:20-də daxil olub. Biz hesab eidrik ki, kişinin şəxsiyyəti bizə məlumdur.”

Aleksander Mosli Vestminster məktəbini, daha sonra Oksford Universitetini qurtarıb və dostları onu dahi riyaziyyatçı hesab edirdilər. İki il əvvəl o Londonun ən bahalı rayonlarından birində restoran açmışdı. Bundan sonra onun narkotiklərlə problemləri başlamışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*