M.Mosli: “Üçüncü maşın barədə əvvəldən düşünmək lazım idi”

Keçən həftə Ferrari-nin prezidenti Luka di Montedzemolo və komandanın başçısı Stefano Domenikali gələn ildən komandalara starta üç maşın çıxarmağa icazə […]

Keçən həftə Ferrari-nin prezidenti Luka di Montedzemolo və komandanın başçısı Stefano Domenikali gələn ildən komandalara starta üç maşın çıxarmağa icazə verilməsini təklif etmişdilər və hesab edirdilər ki, üçüncü maşının sükanı arxasında Mixael Şumaher otura bilər. Paddokda bu təklif birmənalı qarşılanmayıb, bu gün jurnalistlərlə görüşündə məsələyə Maks Mosli də münasibət bildirib…

Maks Mosli: “Starta üçüncü maşın çıxartmaq Razılıq Müqaviləsini yenidən yazmaq deməkdir və bu barədə onu imzalayana qədər düşünmək lazım idi. indi bunu etmək üçün bütün iştirakçı komandaların yekdil razılığı lazımdır.

Əgər startda maşınların sayı iyirmidəm az olarsa… Amma axı biz yeni komandaları məhz bu vəziyyətin qarşısını almaq üçün dəvət etmişik. Üç maşın yaxşıdır, amma bir az fantastik görünür və bütün komandaların razılığını almaq çox çətin olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*