M.Mosli: “Bəhreynin şansı yoxdur”

FİA-nın keçmiş prezidenti Maks Mosli bir neçə dəfə Bəhreyn Qran Prisinin təqvimə qaytarılmasının əleyhinə çıxış edib. BBC Radio 4 kanalına […]

FİA-nın keçmiş prezidenti Maks Mosli bir neçə dəfə Bəhreyn Qran Prisinin təqvimə qaytarılmasının əleyhinə çıxış edib. BBC Radio 4 kanalına müsahibəsində Mosli bu gün bildirib ki, FİA mövsümün gedişində təqvimi komandaların yekdil dəstəyi olmadan dəyişə bilməz, deməli, Bəhreynin şansı yoxdur…

Maks Mosli: “Bəhreynin şansı yoxdur, mən inanmıram ki, bu yarış baş tutacaq, həm də federasiya təqvimi komandaların yekdil dəstəyi olmadan dəyişə bilməz.

Bu şərtə əməl etmədən Hindistan yarışının da vaxtını dəyişmək olmaz – bu Beynəlxalq İdman Kodeksinin 66-cı Maddəsində əks olunub. Komandalar bu məsələyə yazılı razılıq verməlidirlər, razılıq yoxdursa, tarix dəyişdirilə bilməz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*