Mercedes-in zərəri 22.3 milyon funt olub

Suzukada Mercedes AMG komandası ardıcıl 3-cü dəfə Mühəndislər Kubokunu qazanıb, amma trasdakı uğurlar şirkətin gəlirlə işləməsinə səbəb olmayıb - Formula1 komandasının məxsus olduğu Mercedes-Benz Grand Prix Ltd. şirkətinin maliyyə hesabatında 2015-ci ili 22.3 milyon funt sterlinq zərərlə başa vurması bəyan edilib.

F-1.az xəbər verir ki, hesabatda zərərin “şirkətin səhmdarlarının öncədən müəyyən etdikləri həddə” olduğu bildirilib. Müqayisə üçün deyək ki, bir il əvvəl şirkətin zərəri 76.1 milyon funt təşkil etmişdi.

Şirkətin maliyyə vəziyyətinin yaxşılaşması “sponsorluqdan və 2014-cü ilin nəticələrinə görə çempionatn gəlirlərindən daxil olan haqq” ilə əlaqələndirilir. Şirkət bu ilin yekununda əvvəlki iki ilin qələbəsinə görə daha çox payın ayrılmasına ümid edir.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*