Mercedes GP-nin ciddi problemləri var?

Ekspertlər hesab edirlər ki, Mercedes GP komandası çətin vəziyyətə düşüb: aydındır ki, komandanın mühəndis və konstruktorları mövsümün startına qədər qalmış […]

Ekspertlər hesab edirlər ki, Mercedes GP komandası çətin vəziyyətə düşüb: aydındır ki, komandanın mühəndis və konstruktorları mövsümün startına qədər qalmış həftələrdə gərgin qrafikdə işləyəcəklər, çünki maşın testlərdə liderlərə bəzən dövrədə iki saniyə uduzurdu.

Komanda ümid edir ki, Barselona testlərinə hazırlanmış yeniliklər kompleksi maşının sürətini artırmağa kömək edəcək. Amma, Britaniyanın Autosport qəzetinin bildirdiyinə görə, bununla problemlər qurtarmır: MGP W02-nin Avstraliyada starta çıxmalı olan versiyası FİA-nın məcburi krəş-testini keçə bilməyib. Buna səbəb qazburaxma sisteminin yeni kofiqurasiyasının xüsusiyyətləri olub.

İstənilən halda, şassi Avstraliya Qran Prisinə qədər krəş-testi keçməlidir. Çox güman ki, məhz bu problemlər üzündən komanda Barselona testlərinin vaxtını martın 12-15-ə keçirmək istəyirdi.

Mercedes Motorsort-un başçısı Norbert Hauq maşının FİA-nın krəş-testini keçməsini təsdiq edə bilməyib, amma söyləyib ki, bu problem deyil – “biz bunu şərh etməyəcəyik, amma bu proses bizim üçün maneə olmamalıdır.”

Əgər MGP W02-nin sürətini qaldırmaq mümkün olmasa, mövsümün əvvəlində Mercedes GP-nin sürücüləri sıralanma turunda ilk onluğa düşə bilməyəcəklər, istisna deyil ki, sıralanma turunun ikinci sessyasına da düşmək onlara çətin olsun, çünki maşın trası pis tutur: döngənin girişimdə maşına stabillik çatışmır, buna səbəb isə asfalta yatma qüvvəsinin çatışmazlığıdır. Bundan başqa, testlərdə MGP W02-də təkərlər digər maşınlara nisbətən daha tez yeyilirdi.

Komandanın başçısı Ross Braun etiraf edib ki, komanda maşının qızması ilə üzləşib, Ross vəd edib ki, sonuncu Barselona testlərinə qədər bu problem həll olunmalıdır. Gözlənildiyinə görə, komanda sonuncu testlərə yeni qazburaxma sistemi ilə yanaşı, ön antiqanadın modernizə olunmuş versiyasını, əyləclərin yeni hava kanalını, yeni deflektorları və yeni yan pantonları da gətirəcək.

Hərçənd, Braun əmin edir ki, komanda əvvəlfən ilk testlərdə maşının yalnız baza versiyasını yoxlamağı planlaşdırmışdı – “biz öz maşınımızın əsil sürətini yaxşı bilirik, biz bilirik ki, hələlik ldierlərdən geri qalırıq, amma bunun səbəblərini də bilirik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*