21 Sentyabr 2019, Şənbə - 17:21

Mercedes AMG Petronas F1 Team – W03 (video)

Mercedes AMG Petronas F1 Team – W03 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:18 - 25 Fevral, 2012

Bu gün səhər Mercedes AMG Petronas komandası Barselona avtodromunun pit-leynində yeni maşınını təqdim edib. Yerli vaxtla saat 8:20-də (Bakı vaxtılə […]

Bu gün səhər Mercedes AMG Petronas komandası Barselona avtodromunun pit-leynində yeni maşınını təqdim edib. Yerli vaxtla saat 8:20-də (Bakı vaxtılə 11:20) Mixael Şumaher və Niko Rosberq W03-ün üzərindən pərdəni çəkiblər.

Çempionatın 9 komandası yeni maşınlarını mövsümöncəsi testlərin birinci seriyasına qədər təqdim etmişdi, Mercedes AMG isə aerodinamik boruda vaxt keçirməyə üstünlük verməklə birinci testlərdə keçənilki maşınla yeni Pirelli təkərlərinin effektliyinin qiymətləndirilməsi üzərində çalışmışdı. W03 keçən həftə Silverstounda trasda yoxlanılıb – komanda yeni maşına böyük ümidlər bəsləyir…

merc2
Ross Braun, komandanın başçısı: “Mən W03-ün debütünü böyük əminliklə gözləyirəm və ümid edirəm ki, yeni maşın əla nəticələr göstərməyə imkan verəcək. Yeni maşının burun elementi builki qaydaalrı tərənnüm edir, amma ümumən yeni maşın keçənilki maşınla müqayisədə irəliyə doğru böyük addımdır.

Keçən il biz müəyyən sahələrdə risk etmişdik, düzdür, heç də həmişə radikal qərarlar yaxşı nəticələr göstərməyə imkan verimir, amma bu təcrübə W03-ün hazırlanmasında böyük rol oynadı. Yeni maşının peyda olması Brəkli və Briksfortdakı mühəndislərin daha sıx inteqrasiyasının nəticəsidir, nəticədə komandanın effektliyi artıb.”

merc3
Norbert Hauq, Mercedes Motorsport: “Komandanın qurulması prosesi davam edir, son iki ili Mühəndislər Kubokunda dördüncü yerdə başa vurmuşuq və indi qələbə uğrunda mübarizəyə qoşulmaqla irəliləmək istəyirik. Bu vaxt və gərgin əmək tələb edir, amma biz əlimizdən gələni edirik və əminik ki, payızda qarşımıza qoyduğumuz məqsədə çata biləcəyik.

Addım-addım irəliləmək lazımdır, Red Bull, Ferrari və McLaren kimi komandaları üstələmək çətin olacaq, amma məqsədimiz budur. Biz hələ də gənc komandayıq, hələ çox şey öyrənməliyik, amma bu proses davam edir – hiss edirəm ki, biz düzgün istiqamətdə irəliləyirik.

Məncə, bizim konstruktorlar işlərinin öhdəsindən əla gəliblər. Burundakı “pillə”yə hələ öyrəşmək lazımdır, amma bir müddət sonra qələbə qazanan maşın hamıya gözəl görünəcək, hərçənd, bizim W03 artıq indidən mənə gözəl görünür.”

merc4
Niko Rosberq: “Testlərə başlamazdan əvvəl W03 bizim əməkdaşlarda pozitiv ümidlər doğurub, keçən həftə Silverstounda yoxlamalar zamanı mən bir neçə dövrə vurdum və maşından çox razı qaldım.

Maşın əla görünür, çox harmonik alınıb – bu bir daha bizim müxtəlif şöbələrin effektiv əməkdaşlığından xəbər verir. Elə ilk dövrələrdən biz test proqramının icrasına başladıq. Bir neçə həftədən sonra onun sürətini qiymətləndirmək maraqlı olacaq.”

Mixael Şumaher: “Mən yeni maşınların ilkin testində dəfələrlə iştirak etmişəm, hətta Formula1-də uzun müddət keçirdikdən sonra bu gün mən xüsusi hisslər yaşayıram. Komanda bu günü səbirsizliklə və böyük ümidlərlə gözləyirdi, keçən həftə biz W03-ü yoxladıq, maşın yaxşı təəssürat yaradıb. İndi biz onu daha rəqabətədavamlı etməyə çalışacayıq.

Yaxın günlərdə bizim işimiz çox olacaq, biz real qüvvələr nisbətini yalnız Melburnda biləcəyik və onda da komandanın nə dərəcədə böyük addım atdığını görəcəyik. Amma artıq indidən deyə bilərəm ki, bizim uşaqlar əla çalışıblar. Mən onlara yaxşı nəticələrimlə minnətdarlıq etmək istəyirəm. Yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 386
Teqlər
Paylaş

logo