Melburn gecə yarışı keçirmək istəmir

Melburnda dərc olunan Herald Sun xəbər verib ki, Avstraliya Qran Prisinin təşkilatçıları Formula1-in kommersiya başçısı Berni Ekklstounun yarışın startını gecə […]

Melburnda dərc olunan Herald Sun xəbər verib ki, Avstraliya Qran Prisinin təşkilatçıları Formula1-in kommersiya başçısı Berni Ekklstounun yarışın startını gecə vaxtına keçirmək təklifini qəbul etmək fikrində deyillər. Ekklstounun fikrincə, bu ilin təcrübəsi göstərir ki (yarış yerli vaxtla 17:00-da başlamış və ala-qaranlıqda qurtarmışdı), bu qərar uğurlu deyildi və Melburndan teleyayım maksimum teleauditoriya toplaya bilməmişdi…

Berni Ekklstoun: “Biz yarışın startını nə qədər gec versək, bizə o qədər yaxşı olacaq. Biz Ron Uokerlə bunun müzakirəsini davam edirik.”

Amma Hearld Sun-ın yaydığı məlumata görə, Australian Grand Prix Corporation şirkətinin başçısı Ron Uoker bildirib ki, gecə yarışı məsələsi heç müzakirə olunmayacaq: “Mən bu məsələni müzakirə etməmişəm, Viktoriya ştatının hökuməti gecə yarışına icazə verməyəcək. Bu cür şərhlər bizim marketinq proqramımızın uğurla reallaşdırılmasına pis təsir edir, amma cənab Ekklstounun bu barədə öz fikri ola bilər.”

Avstraliya Qran Prisinin təşkilatçılarının verdiyi xəbərə görə, bu il keçən illə müqayisədə 16 min bilet az satılıbmış, amma teleauditoriyanın sayı çox artıbmış. Viktoriya ştatının nümayəndəsi Layel Conson isə təsdiq edib ki, start vaxtı dəyişdirilməyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*