Məhkəmə qərarını sabah oxuyacaq

Bu gün səhər Fransa Məhkəməsində Ferrari-nin FİA-ya qarşı qaldırdığı iddiaya baxılıb: Skuderiya gələn ildən Formula1-də büdcənin məhdudlaşdırılmasına qadağa qoymağa çalışır. […]

Bu gün səhər Fransa Məhkəməsində Ferrari-nin FİA-ya qarşı qaldırdığı iddiaya baxılıb: Skuderiya gələn ildən Formula1-də büdcənin məhdudlaşdırılmasına qadağa qoymağa çalışır. Məhkəmə artıq işini başa çatdırıb, qərarın isə sabah elan olunması gözlənilir…

Məhkəmənin sədri Jak Qonran de Rober bildirib ki, bu məsələ üzrə məhkəmənin qərarı sabah saat 14:00-da elan olunacaq. Bir daha xatırladaq ki, Ferrari və bəzi komandalar federasiyanı gələn ilin reqlamentinə dəyişiklik edilmədiyi təqdirdə çempionatı tərk edəcəkləri ilə hədələyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*