McLaren yeni MP4-27-ni təqdim edib (video)

Fevarlın ilk günü McLaren komandası yeni maşınını təqdim edib. Bu il təqdimetmə mərasimi Uokinqdə Texnoloji mərkəzdə baş tutub – Censon […]

Fevarlın ilk günü McLaren komandası yeni maşınını təqdim edib. Bu il təqdimetmə mərasimi Uokinqdə Texnoloji mərkəzdə baş tutub – Censon Batton, Lyuis Həmilton, Qəri Paffet və Oliver Törvi McLaren-in rəhbərliyi ilə birlikdə yeni MP4-27-ni yalnız jurnalistlərə deyil, bütün dünyadakı azarkeşlərinə də göstəriblər – komanda onlayn yayım həyata keçirib.

Komandanın rəsmi saytı ziyarətçilərin çoxluğuna davam gətirməyib, amma komanda Facebook səhifəsində də yayımı canlandırmaqla problemi qismət həll edə bilib. Yeni MP4-27 ənənəvi rəng çalarlarına boyanıb, amma bir çox aerodinamik elementlər ilkin versiyasında göstərilib – yalnız Melburnda maşının son versiyasını görə biləcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*