Stroll maşından razıdır

Aston Martin Stroll ailəsinin ev yarışına bəzi yeniliklər gətirib və uğurlu çıxışını burada da davam etdirmək istəyir.

F-1.az xəbər verir ki, komanda dünən bütün yenilikləri tam yoxlaya bilməsə də, Ləns maşının hazırki performansından razı qalıb.

Ləns Stroll: “Cümə günü yaxşı işləmək mümkün olmadı, amma bütün komandalar eyni səviyyədə çalışa bilib. Vaxtı uzadılan ikinci məşqdən maksimum yararlanmağa çalışdıq.

Maşında yeniləmələr olduqda, onların təsirini qiymətləndirmək və gözlənildiyi kimi işlədiyinə əmin olmaq üçün məşqlər lazımdır. Maşının davranışından razıyam – məndə yaxşı təəssürat yarandı, amma yenə də toplanmış məlumatları təhlil etməliyəm və təsnifat mərhələsində güclü çıxışa hazırlaşmalıyam.

Tribunalarda çoxlu Kanada bayraqlarını görmək çox xoşdur – ev yarışında güclü dəstək hiss edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*