McLaren yeni maşında motoru işə salıb

Artıq gələn aydan etibarən maşınların təqdimatı başlayır. Testlərə də az vaxt qalıb və komandalar intensiv şəkildə hazırlaşırlar.

F-1.az xəbər verir ki, McLaren komandası yeni maşında motoru işə salıb – bu, bütün komandalar üçün ən vacib prosseslərdən biridir. MCL37-də motorun səsini komanda rəhbərliyi ilə yanaşı, sürücülər də dinləyiblər.

Xatırladaq ki, komanda yeni maşınını fevralın 13-də təqdim edəcək.