McLaren və Santander əməkdaşlıqlarını uzadıblar

McLaren komandası İspaniyanın Santander bankı ilə əməkdaşlığını davam etdirəcək – xəbər verildiyi kimi, bankın loqotipləri əvvəlkitək sürücülərin kobinezon və şlemlərini […]

McLaren komandası İspaniyanın Santander bankı ilə əməkdaşlığını davam etdirəcək – xəbər verildiyi kimi, bankın loqotipləri əvvəlkitək sürücülərin kobinezon və şlemlərini bəzəyəcək.

Xatırladaq ki, Santander eyni zamanda Ferrari-nin əsas sponsorlarından biridir, amma bankın rəhbərliyi Böyük Britaniyada öz mövqeyini möhkəmlətmək fikrindədir, ona görə də iki britaniyalı çempionun – Lyuis Həmilton və Censon Battonun çıxış etdiyi McLaren komandası ilə müqaviləsini uzatmağı qərara alıb.

Bankın Britaniya nümayəndəliyinin icraçı direktoru Ana Botin bildirib ki, “Vodafone McLaren Mercedes komandası ilə müqavilənin uzadılmasından razıdırlar və iki dünya çempionu ilə yenidən işləməyə şaddırlar.”

Qeyd edək ki, komandanın bankla əməkdaşlığı 2007-ci ildən başlayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*