15 Sentyabr 2019, Bazar - 17:52

McLaren sürücüləri M.Şumaher barədə…

McLaren sürücüləri M.Şumaher barədə…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:43 - 06 Fevral, 2011

Dünən Berlində yeni MP4-26 maşınının təqdimatından sonra jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında Lyuis Həmiltondan Fernando Alonsonun Mixael Şumaheri builki […]

Dünən Berlində yeni MP4-26 maşınının təqdimatından sonra jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında Lyuis Həmiltondan Fernando Alonsonun Mixael Şumaheri builki mövsümdə ən təhlükəli rəqib hesab etməsi fikrinə münasibət bildirməsini xahiş ediblər.

Əvvəlcə, Lyuis bildirib ki, bu suala cavab verməyəcək, amma sonra münasibətini açıqlayıb…

Lyuis Həmilton: “Şəxsən mən düşünmürəm ki, vəziyyət keçənilkindən fərqlənəcək, amma bəlkə Mixael mənim səhv düşündüyümü sübut edə bildi.”

Xatırladaq ki, keçən il Şumaher çempionatda 9-cu yeri tutmaqla Mercedes GP-də öz komanda yoldaşı Niko Rosberqə eyni maşında 70 xal uduzmuşdu.

Lakin McLaren-in digər sürücüsü, indiki Mercedes GP ilə 2009-cu ildə titul qazanmış Censon Batton, hesab edir ki, Ross Braunun komandası bu il uğur qazana bilər…

Censon Batton: “Məncə, Mercedes GP rəqabətədavamlı olacaq. Ross Braunun rəhbərliyi altında komanda sürətli maşın hazırlayacaq və Niko Mixaellə birlikdə yaxşı nəticələr göstərmək imkanı əldə edəcək. Tərəddüd etmirəm ki, bu il onlar qələbə uğrunda mübarizə aparacaqlar.

Əgər Mixael özünə uyğun olan maşın alsa, o rəqabətədavamlı olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 281
Teqlər
Paylaş

logo