McLaren Brawn GP-ni dəstəklədiyini təsdiq edib

Renault F1 komandasının başçısı Flavio Briatore Çin Qran Prisi zamanı Brawn GP komandasını mövsümün nəticələrinə görə teleyayımdan əldən olunan gəlirdən […]

Renault F1 komandasının başçısı Flavio Briatore Çin Qran Prisi zamanı Brawn GP komandasını mövsümün nəticələrinə görə teleyayımdan əldən olunan gəlirdən mərhum etmək təklifini səsləndirmişdi, amma “almaq və bölmək” təklifi FOTA-nın əvvəlki razılaşmasının əksinədir. Yeni komanda kimi Brawn GP teleyayımdan gəlir götürmək hüququndan mərhumdur, amma mart ayında komandalar Honda-ya çatacaq gəlirdən Ross Braunun komandasının xeyrinə imtina etməyi qərara almışdılar. McLaren komandasının və FOTA-nın idman qrupunun başçısı Martin Uitmarş bu razılaşma barədə xatırladıb…

Martin Uitmarş: “Biz hamımız bu komandanın çempionatda iştirakının vacibliyini başa düşürdük və ona görə də razılaşdıq ki, Brawn GP-yə dəstək verəcəyik. Onlar rəqabətədavamlılıqlarını sübut etdikdən sonra razılaşmaya yenidən baxılması yaxşı əlamət deyil. Bizim hamımız FOTA-nın Bəhreyn QRan prisindən sonra keçiriləcək növbəti toplantısı qarşısında bir az sakitləşməliyik.

Dünyanı iqtisadi böhran bürüyüb, avtomobil sənayesi çətin dövr yaşayır və biz hesab edirik ki, belə bir şəraitində komandaların effektiv əməkdaşlığını saxlamaq olduqca vacibdir. Biz Brawn GP-ni dəstəkləməyimizi bildirmişdik, teleyayımdan gələn gəlirdən imtina etmişdik və indi də sözümüzün üstündə durmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*