Mayın 1-də R.Brənson stüardessa olacaq

Keçən il mövsümün əvvəlində Formula1 komandalarının və şəxsi aviaşirkətlərin sahibləri Toni Fernandes və Riçard Brənson mərc gəlmişdilər – Mühəndislər Kubokunda […]

Keçən il mövsümün əvvəlində Formula1 komandalarının və şəxsi aviaşirkətlərin sahibləri Toni Fernandes və Riçard Brənson mərc gəlmişdilər – Mühəndislər Kubokunda komandası uduzan başçı rəqbinin təyyarələrindən birində stüardessa rolunu oynayacaq.

Lotus komandası keçən il Virgin komandasını üstələdi və Brənson centelmen razılaşmasının şərtlərini yerinə yetirməyə hazır idi, amma müxtəlif səbəblər üzündən uçuş bir neçə dəfə təxirə salınmışdı. Bu gün komandanın rəsmi saytında yeni tarix təsdiq olunub – 1 may…

Riçard Brənson: “Mayın 1-də mən Kuala Lumpura xeyriyyə reysi zamanı stüardessa rolunu oynayacam, bununla da Toni Fernandes qarşısında öhdəliyimi yerinə yetirəcəm.

Bu maraqlı olmalıdır, amma əsas odur ki, uçuş xeyriyyə məqsədi daşıyacaq, toplanmış bütün vəsait Virgin Group şirkətlər qrupunun Virgin Unite qeyri-kommersiya fondunun hesabına köçürüləcək. Biletləri aprelin 24-dək bron etmək olar – bu, mənim stüardessa rolunda birinci və sonuncu uçuşum olacaq.”

Uçuşa biletləri 2250 funta AirAsia şirkətinin saytında almaq olar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*