Mayami-2022: Həftəsonuna ilkin hava proqnozu

Ilkin proqnozlar Mayamidəki həftəsonu üçün isti, buludlu, eyni zamanda da yağışlı hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın temperaturu +29 dərəcəyə qalxacaq. Şənbə günü termometrlər +30 dərəcəni göstərəcək və güclü yağış ehtimalı var.

Yarışın baş tutacağı bazar günü isə buludlu hava, +29 dərəcə hərarət gözlənilir…

,