M.Andretti Bəhreynə gələcək

Biz artıq yazmışdıq ki, Bəhreyn Qran Prisinin təşkilatçıları çempionatın 60 illik yubiliyeni bütün sağ olan Formula1 çempionlarını uik-endə toplamaqla qeyd […]

Biz artıq yazmışdıq ki, Bəhreyn Qran Prisinin təşkilatçıları çempionatın 60 illik yubiliyeni bütün sağ olan Formula1 çempionlarını uik-endə toplamaqla qeyd etmək istəyirlər. Təntənəli mərasimdə iştirak edəcəkləri artıq Cek Brəbhəm və Ceki Stüart, Əmerson Fittipaldi və Naycel Mənsell təsdiq ediblər. Bəhreyndə bu gün 70 yaşını qeyd edən Mario Andretti də gələcək…

Mario Andretti: “Mən dəvətnamə almama və Formula1-in 60 yaşının qeyd olunmasında iştirak etməyimə şadam. Mənim üçün bu xüsusi hadisə olacaq – mən heç vaxt Bəhreyndə olmamışam, bu trasdakı yarışları yalnız TV-də maraqla izləmişəm. Deyəsən, bu doğrudan da maraqlı avtodromdur və mən səbirsizliklə köhnə dostlarımla görüşümü gözləyirəm.”

Sürücülərdən başqa Bəhreynə iyirmidən çox əfsanəvi maşınlar da gətiriləcək – Mario Andretti Lotus 79-un sükanı arxasına oturacaq, Ferrari, Mercedes-Benz, Cooper, BRM, Matra, Tyrrell, Williams və McLaren maşınları da azarkeşləri sevindirəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*