Malayziya Qran Prisi gecə vaxtına keçirilməyəcək

Malayziya Qran Prisinin təşkilatçıları yarışın gecə vaxtına keçirilməsini 2015-ci ilə kimi, yəni hazırkı müqavilənin bitməsinə qədər istisna edirlər. Builki yarışın […]

Malayziya Qran Prisinin təşkilatçıları yarışın gecə vaxtına keçirilməsini 2015-ci ilə kimi, yəni hazırkı müqavilənin bitməsinə qədər istisna edirlər. Builki yarışın startı yerli vaxtla saat 17:00-yə çəkiləcək (Bakı vaxtı ilə 13:00), bununla da yarışı maksimum sayda Avropa teleauditoriyası izləyə biləcək. Təşkilatçılar bundan artıq heç nə edə bilməyəcklər: süni işıqlandırma sisteminin quraşdırılması həddən çox baha başa gələcək.

Mohzani Mahatira, avtodromun direktoru: “Biz cari müqavilədə dəyişiklik etdik, yarış axşam saat 5-də başlayacaq, yəni 2015-ci ilə kimi gecə yarışından söhbət gedə bilməz. Berni Ekklstoun mənə dedi ki, bir də bu mövzuya qayıtmayacaq.

Mən onu başa saldım ki, hazırda bütün dünya iqtisadı böhran yaşayır. Həm də fakt deyil ki, gecə yarışı daha çox tamaşaçı toplayacaq.”

Mohzani təsdiq edib ki, 2007-ci ildə Berninin olan Formula One Management şirkəti ilə bağlanmış müqavilədə FOM-un tələbi ilə istənilən anda Sepanq gecə yarışı keçirməli idi, indi isə bu maddə ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*