Madriddə vaxt qrafikinə əməl olunmasından razıdırlar

Madriddəki yeni trasda keçiriləcək İspaniya Qran Prisinə bir aydan da az vaxt qalıb. Mərhələnin promouterləri bütün şübhələri aradan qaldırmaq üçün yerli mətbuatı dəvət ediblər. Jurnalistlərin qarşısına onların həmkarı, Fernando Alonso haqqında kitabın müəllifi, ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən ispan jurnalist Nira Xuanko çıxıb.

Nira Xuanko: “Biz hər şeyin plana uyğun getdiyini deyəndə çoxları buna inanmırdı, amma vəziyyət həmişə belə olub. Həqiqəti demək isə hər zaman çox xoşdur.

Belə böyükmiqyaslı layihəni həyata keçirmək, sıfırdan Formula1 trası qurmaq çox çətindir. Nəhəng ərazini hazırlamaq, profilli döngə El Monumental döngəsini yaratmaq, bütün lazımi lisenziya və icazələri almaq, tribunaların harada yerləşəcəyini bilmədən biletləri satmaq asan deyildi, amma biz bunun öhdəsindən gəldik.

Madrinqdə digər traslar tanınan elementləri var. Mayamidə tras stadionun ətrafından keçir və müəyyən oxşarlıqlar mövcuddur – çoxlu VIP zonalar var, bizdə olduğu kimi, konfiqurasiya da bənzəyir. Mexiko və Melburnda olduğu kimi, bizdə də böyük fan-zonalar olacaq. Biz gündə 120 000-dən çox tamaşaçı və həftəsonu ərzində təxminən 380 000 azarkeş qəbul etməyə hazırıq.

Avqustun 24 və 25-də trasda Formula3 testləri keçiriləcək – biz daxili əməliyyatlarımızı, təhlükəsizlik xidmətlərinin işini, tibb mərkəzini, restoranları, giriş məntəqələrini, parkinqi yoxlayacağıq. Hər zaman testlərlə başlamaq daha yaxşıdır, nəinki dərhal Formula1 Qran Prisi ilə.

Bazar ertəsi Madrinqdə FİA-nın növbəti təftişi irad olmadan başa çatıb. Hər şey öz yerindədir, hər şey idealdır. Heç bir problem yaranmadı”.

,