M.Uebber: “Rikkardo çempion ola bilər”

Eks Formula1 sürücüsü Mark Uebber həmyerlisi Daniel Rikkardonu tərifləyib.

F-1.az xatırladır ki, Mark Uebber 2013-cü ilin sonunda Red Bull komandasından ayrılıb və Fomula1 karyerasını başa vurub. Onu Daniel Rikkardo əvəz edib. Daniel Rikkardo ilk mövsümündə Sebastyan Fetteli məğlub edərək çempionatı üçüncü pillədə başa vurmuşdu.

Mark Uebber həmyerlisi barədə danışıb və bildirib ki, Rikkardonun çempionluq potensialı var: “Daniel sürətli sürücüdür. Artıq qələbə mübarizəsi apara bilər və təcrübəli sürücüdür. O yaxşı təcrübə qazanıb və çempion olmaq potensialı var. O, gələcəkdə çempion ola bilər. Sadəcə doğru vaxtda doğru yerdə olmalıdır. Ona görə də vaxtında qərar verməlidir.

Bir neçə il əvvəl doğru yerdə olmaq üçün ilk addımlarını atdı. İndi isə yaxşı bir bolidə ehtiyacı var. Rikkardo çox istedadlıdır. Mən düşünürəm ki, o sürətlidir, amam daha sürətli ola bilər. Özünü göstərmək üçün əlində yaxşı fürsət var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*