M.Şumaxer: Uğurlu sürücülərdən olacam

Haas komandasınsan ayrılan Mik Şumaxer bildirib ki, Formula1-də uğur qazanmaq üçün lazımi istedadı var.

F-1.az xatırldır ki, almaniyalı sürücü keçən mövsüm Maqnussendən geri qalıb. O Ciddə və Monakoda ciddi qəzalar edərək, komandasını əməlli xərcə salıb. Bundan sonra Haas komandası onu göndərərək, daha təcrübəli Niko Hülkenberqi gətirib.

Mik Şumaxer: “Əksəriyyət onsuz da bunu deyib və mən təkrar edirəm: İki il Formula1 üçün lazımi vaxt deyil. Çox şey öyrənməliyik. Ən xırda şeyləri belə öyrənmək istəyən sürücüyəm. Aşağı seriyalardakı kimi hər şeyi bir araya gətirsəm, ən yaxşı sürücülərdən biri olaram.

Mənim üçün əsas inkişaf etməyimdir. Mövsüm ərzində özümü təkmilləşdirdim. Çox şeyə nail oldum. Düzdür, hədəflərimə çatmadım, çünki bura Formula1-dir. Bura yarışdığım bütün seriyalardan fərqlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*