Ç.Keri Şumaxeri idmanda görmək istəyir

Liberty Media-nın və Formula1-in rəhbəri Çeyz Keri əfsanəvi Mixael Şumaxerin oğlu Miki Formula1-də görmək istəyir.

F-1.az bildirir ki, Mik 2016-cı ildə ADAC və İtaliyanın F4 seriyalarında 2-ci olub. Keçən il isə Avropa Formula3 seriyasında 8-ci yeri tutub.

Çeyz Keri: “Mikin Formula1-ə gəlməsi əla olardı. Mixaelin bu idmanda böyük rolu var. İdmanımız üçün böyük simvoldur. Çünki xüsusi insandır və Formula1-in böyük əfsanəsidir. Oğlu Mik burada yarışsa, milyonlarla azarkeşin qəlbinə toxunmuş olacaq. Gənc sürücülərin idmana gəlməsini asanlaşdırmalıyıq. Mikin idmana gəlməsi çox gözəl olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*