M.Şumaxer: Fransa bizim üçün çətin olacaq

Haas komandasının sürücüsü Mik Şumaxer Fransada çətin yarış gözləyir.

F-1.az xatırladır ki, almaniyalı pilot son iki yarışda xallar qazanaraq, F1 icmasının təriflərini almağa başlayıb.

Mik Şumaxer: “Bu trasda limitlərdə sürmək mümkündür, çünki geniş qaçış zonaları var. Divara çırpılma ehtimalı azdır. Səhv etsəniz, təkərlərə zərər verirsiniz. Bu da sizə baha başa gəlir. Ancaq yenə də limitlərdə sürə bilirsiniz.

Bolidi təkmilləşdirmək və fərqli traslara uyğunlaşdırmağa çalışırıq. VF-22-dən maksimumu almanın yollarını axtarırıq. Pol Rikarda da eynisini edəcəyik. Burada yavaş döngələr çoxluq təşkil edir. Hər şey düzlük sürətindən asılıdır. Çətin trasdayıq. Yarışlar çox vaxt xaotik olur. Görək bu il necə keçəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*