M.Markes: Ferstappendə qatil instinkti var

F-1.az xəbər verir ki, altıqat MotoGP çempionu Mark Markes F1-də son iki ildə titulun sahibi olmuş Maks Ferstappen haqqında fikirlərini bölüşüb.

Mark Markes: “Maks çox iddialıdır və bu, mənim xoşuma gəlir. Təbii ki, çox istedadlıdır və onda qatil instinkti var. Ən yaxşı olmaq istəyirsinizsə, bu xüsusiyyətə sahib olmalısınız.

Maksın ən yaxşı keyfiyyəti nədir? İstənilən vəziyyətdə təzyiqlə mübarizə aparmaq bacarığı. Çoxlu istedadlı və sürətli pilotlar var, lakin yarışda, mübarizədə təzyiqin öhdəsindən gəlmək çətin ola bilər. Maks bunu əla bacarır”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*