22 Yanvar 2019, Çərşənbə axşamı - 06:40

M.Ferstappenin ehtiyat planı var

M.Ferstappenin ehtiyat planı var

Müəllif: Rauf Hacıyev, redaktor

12:19 - 04 Dekabr, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Honda ilə uğur qazana bilməsələr, onda ehtiyat planı var.

F-1.az xatırladır ki, Avstriya təmsilçisi gələn il Honda mühərriklərindən istifadə etməyə başlayacaq. Amma əksər mütəxəssislər bunun böyük risk olduğunu düşünürlər.

Maks Ferstappen: “Bu komandanı doğrudan da sevirəm və əminəm ki, ən sürətli maşını düzəldəcəyik. Sadəcə güclü mühərriyə ehtiyacımız var. Gələn il bunun üzərində işləməli və 2020-ci ildə qarşımıza çempionluq hədəfi qoymalıyıq.

Əgər alınmasa, nə edəcəm? Həmişə ehtiyat planım olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər
Paylaş

logo