M.Ferstappen: Yaxşı başladıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, həftəsonuna yaxşı başlayıblar.

F-1.az xatırladır ki, niderlandlı sürücü cümə sərbəst yürüşlərində Soft təkərlərlə sürətli dövrə vuraraq, günü birinci yerdə bağlayıb. Gənc sürücü ikinci sərbəst yürüşlərin sonunda bolidinin idarəetməsini itirirərək, maşını sağ arxa tərəfini zədələyib.

Maks Ferstappen: “Nə baş verdiyini bilmirəm. Sadəcə bolidin arxa tərəfini itirdim. Vəziyyəti düzəltməyə çalışsam da, arxa tərəf sürüşdü və divara çırpıldım. O ana qədər hər şey yaxşı idi. Boliddən razı idik. İlk sessiyadan sonra bəzi şeyləri dəyişməli idik. Məncə, yaxşı başladıq. Sabah maraqlı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*