21 İyul 2019, Bazar - 06:20

M.Binotto Leklerdən razı qalıb

M.Binotto Leklerdən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

10:12 - 20 Mart, 2019

Ferrari komandasının rəhbəri Mattia Binotto gənc sürücü Şarl Leklerə təriflər yağdırıb.

F-1.az xatırladır ki, monakolu sürücü Avstraliya yarışında Fettelə yaxınlaşsa da, komandasını dinləyərək ona hücum etməyib və yarışı beşinci yerdə bitirib.

Mattia Binotto: “Onun komanda oyunçusu kimi davranması xoşuma gəldi. Əlindən gələni etdi. Bütün həftəsonu ərzində mühəndislərlə vaxt keçirərək, bolidi gücləndirdi. Bütün həftəsonunu nəzərə alsaq, çox güclü idi. Sıralanma turunda mükəmməl deyildi, amma ilk iki sessiyada əla sürdü. Son sessiyada zəifləməsinə baxmayaraq, ümumilikdə performansı çox yaxşı idi. Pit-stopdan sonra əla sürdü. Startdakı davranışından da razıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər , ,
Paylaş

logo