Lyuis: Corcla gələcəkdə heç bir problemimiz olmayacaq

Lyuis Həmilton və Corc Rassell ötən mövsüm birlikdə yaxşı çalışdılar və komandanın maraqları üçün birlikdə hərəkət etdilər.

F-1.az xəbər verir ki, yeddiqat dünya çempionu əmindir ki, Mercedes-in hər mərhələdə qələbələr uğrunda mübarizə apara bilən maşını olduqda, komanda yoldaşı ilə münasibətləri pisə doğru dəyişməyəcək.

Lyuis Hamilton: “Mən onun Williams-da necə çalışdığını görmüşdüm, ona görə də Corcun 2022-ci ildə çıxışları ilə hamıda yaratması təbiidir. O, stabil idi və komandaya qoşulan kimi dərhal işə başladı.

Komandanın onun üçün yeni olduğunu söyləmək olmaz. Əvvəlki illərdə o, artıq bizimlə işləmişdi, mənim işimi görmüşdü, mühəndisi ilə tanış idi, ona görə də asanlıqla öyrəşdi. Corc mənim sükanımdan istifadə etmişdi, çünki əvvəlki illərdə testlərdə mənim maşınımla işləmişdi. Hesab edirəm ki, komandaya uyğunlaşması mükəmməl alındı.

Corc komandada müsbət qüvvəyə çevrilib. O, tarazlığı saxlamağa kömək etdi və biz möhkəm iş münasibəti qurduq. Mən yaşda ondan çox böyükəm və uzun illərdir komandadayam, ona görə də irəliyə doğru yolda qarşılaşa biləcəyimiz bütün çətinliklərin öhdəsindən gələ biləcəyəm. Onunla problemimiz olacağını düşünmürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*