Lotus Group şirkəti Renault komandasının səhmlərini alıb

Lotus Group şirkətlər qrupu Renault komandasının səhmdarı və titul sponsoru olub. Gələn mövsümdə komanda Lotus Renault GP adı altında çıxış […]

Lotus Group şirkətlər qrupu Renault komandasının səhmdarı və titul sponsoru olub. Gələn mövsümdə komanda Lotus Renault GP adı altında çıxış edəcək və yeni rəng çalarlarına boyanacaq…

Renault şirkəti öz səhmlər payını Genii sərmayə fonduna və Lotus Group şirkətlər qrupuna satıb, indi onlar komandanın həmsahibidirlər, Renault isə komandanı yalnız motorlarla və bəzi texniki elementlərlə təchiz edəcək. Builki R30-un yeni rəng çalarlarında qara və qızılı rəng üstünlük təşkil edir – Lotus və Renault 80-ci illərdə də bu rənglərlə çıxış edirdilər..

Jerar Lopes, komandanın sahibi: “Biz gələn ildən Lotus Renault GP adı altında çıxış edəcəyimizi elan verməyə şadıq. Lotus Group-la əməkdaşlıq komandanın tarixində yeni era açır. Son nailiyyətlərimiz bizə imkan verir ki, biz komandaya ciddi sponsorlar və vəsaitlər cəlb edək, bu isə komandanın gələcəyinə təminat verir.”

Dəni Bahar, Lotus Group-un icraçı direktoru: “Avtomobil brendinin təqdimatı üçün Formula1-dən gözəl platforma ola bilməz, Formula1 avtombil idmanının zirvəsidir. Bizim adımızın istifadə olunması ətrafında çoxlu söz-söhbət gəzirdi və bir daha, ümid edirəm ki, sonuncu dəfə, öz mövqeyimizi açıqlayıram: Biz – Lotus-uq və biz çempionata qayıdırıq.”

İmzalanmış müqavilənin təfərrüatları bir az sonra açıqlanacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*